Rusiya ordusu Avdiv yaxınlığında hücum əməliyyatlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Geolokasiya görüntüləri rusların Avdiv şəhərinin cənub-şərqindəki sənaye zonasında irəlilədiyini göstərir.
Rusiya mənbələri Avdiv poliqonu, koks-kimya zavodu, Pervomaysk yaxınlığı və şəhərin şərqinə doğru irəlilədiklərini bildirirlər. ABŞ institutu isə bu iddianı təsdiqləməyib.
Öz növbəsində Ukrayna Silahlı Qüvvələri də Avdiv yaxınlığında əks-hücuma keçiblər. Geolokasiya görüntüləri Ukrayna qoşunlarının şəhərin ətrafında irəlilədiyini göstərir. Ukrayna Rusiyanın hücumlarına baxmayaraq, Stepovoyun mərkəzində mövqelərini saxlayır.
Bundan əlavə, rus qoşunları Baxmutda quru hücumlarını davam etdirsə də, təsdiqlənmiş uğura nail olmayıblar. Rusiya mənbələri Xromovoda irəlilədiklərini iddia edirlər. Baxmutun cənub-qərb kənarında 400 metr, Klişçivkada isə 500 metr irəlilədiklərini deyirlər.
ISW bu iddianı da təsdiqləməyib.