7 Dekabr 2023 11:01
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynalı sabiq deputat İlya Kivanın aradan qaldırılması Ukrayna xüsusi xidmət orqanlarının işindən bir epizoddur. Ukrayna xalqını qorumaq üçün belə terrorçular məhv edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki Roman deyib.

Onun sözlərinə görə, Kiva dinc ukraynalıları qətlə yetirən Rusiya hərbçiləri ilə birgə terror missiyasını yerinə yetirmiş terrorçu idi.

“Özünü qorumaq üçün belə terrorçular məhv edilməlidir. Kivanın məhvi Ukrayna xüsusi xidmət orqanlarının işidir. Ukraynanın keçmiş daxili işlər nazirinin müşaviri Arsen Avakovdan (erməni əsilli) tutmuş rus cinayətkarına qədər...”, - polkovnik vurğulayıb.

Rusiya mediası bundan əvvəl Kivanın Moskva ətrafında ölü tapıldığını bildirib. Sabiq deputatın cəsədinin Suponevo kəndində tapıldığı açıqlanıb.

Ukrayna KİV-i bu ölkənin kəşfiyyatının (SBU) xüsusi əməliyyatı zamanı onun atıcı silahlarla məhv edildiyini yazıb. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusov və Rusiya tərəfi də Kivanın məhv edildiyini təsdiqləyib.

Rusiya təhlükəsizlik orqanları olayla əlaqədar cinayət işi açıb.

İlya Kiva Ukraynada “vətənə xəyanət”də ittiham olunurdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər