20 Yanvar 2015 16:25
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Təhsil və Elm Nazirliyi ölkənin bütün təhsil müəssisələrinə Böyük Vətən müharibəsinin tarixini və SSRİ-nin süquta uğramasınadək Ukraynanın tarixini yeni redaktədə təqdim etməsi ilə bağlı tövsiyə məktubu göndərib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, nazirlik “faşist işğalçılarından azad olunan” terminindən imtina edərək, onu “faşist işğalçılarının Ukraynadan qovulması” ifadəsi ilə əvəz olunmasını istəyir.

Bundan başqa, qurum “Böyük Vətən müharibəsi” ifadəsini “”İkinci Dünya müharibəsi” ilə əvəzlənməsini tövsiyə edir. “Belə ki, nasizmlə müharibə ukraynalılar üçün 1939-cu ilin sentyabr ayından başlayıb”, - deyə nazirliyin məktubunda qeyd edilir.

Məktubda həmçinin qeyd olunur ki, “SSRİ-nin aparıcı rolu” ifadəsinin “antihitler koalisiyasının ümumi rolu” ilə əvəzlənməsi məqsədəuyğundur.

“2015-ci ilin mayın 8-9-unu Ukrayna Qələbə Günü kimi deyil, “Sülh və Barış Günü” və “Avropada müharibənin başa çatmasının 70 illiyini” qeyd edəcək”, - deyə məktubda qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər