ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvləri ABŞ-nin demokrat prezidenti Co Baydenin impiçmenti məqsədi ilə istintaqın davam etdirilməsinə icazə verən qətnamənin mətnini yayıblar.
Teleqraf.com xəbər verir ki, sənəd ABŞ qanunverici orqanının aşağı palatasında baxılması üçün konqresmen Kelli Armstronqun (Şimali Dakotadan) adından təqdim edilib.
Qətnamə Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər, eləcə də Məhkəmə-Hüquq komitələrinə impiçment prosesini davam etdirməyə məcbur edir.
Sənədin mətninə əsasən, “Nümayəndələr Palatasına impiçmentin həyata keçirilməsi üçün kifayət qədər əsasların olub-olmadığını araşdırmaq lazımdır”.
Dekabrın 12-də qanunvericilərin bu qətnaməyə baxacağı gözlənilir.