Meksikanın mərkəzində yerləşən Tezkapilla şəhərində silahlı qrupun hücumu nəticəsində azı 11 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü yerli “Heraldo de Mexico” qəzeti məlumat yayıb.
Hadisə rayonda fəaliyyət göstərən silahlı dəstənin fermerlərdən pul tələb etməsi nəticəsində baş verib. Yaralıların sayı barədə məlumat verilmir. Bir neçə avtomobil də yanıb.