Dekabrın 10-u gecə saatlarında Türkiyənin Zonquldak vilayətində baş verən torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, sürüşmə son günlər Türkiyə ərazisində yağan leysan yağışları səbəbindən baş verib.
Hadisə zamanı bir yaşayış binası və bir müstəqil ev dağılıb, 21 nəfər yaralanıb. Yaralılardan altısının müalicəsi davam edir.