Prezident Vladimir Putinin Səudiyyə Ərəbistanı və BƏƏ-də təntənəli qəbulu, ayrı-ayrı ölkələrin liderlərinin Moskvaya səfəri bütün dünyaya göstərdi ki, Rusiya liderinin təcridindən söhbət gedə bilməz.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri yazır.
“Hansı təcrid, hansı həbs qərarı? Putin oyundadır, kartları paylayan da odur”, - məqalədə deyilir.
Bundan əlavə, Polşa qəzeti vurğulayır ki, Putinin ağıllı siyasəti sayəsində Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq böyüyür:
“Bütün bunlar Vladimir Putinə qarşıdan gələn seçki kampaniyasına uğurla start verməsinə zəmin yaradır.
Ölkə çətinliklərin öhdəsindən gəlib və uğurla inkişaf edir, sanksiyalar tətbiq edənlər isə durğunluqdan, tənəzzüldən əziyyət çəkirlər”.