12 Dekabr 2023 09:14
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 890 km cənub-qərbdə yerləşib. Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub”, - məlumatda deyilir.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığındakı 6,3 bal gücündə zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər