14 Dekabr 2023 15:10
2 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa (Ukrayna – red.) Rusiya şəhəridir və bunu hamı yaxşı bilir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

“Ukraynanın bütün cənub-şərqi həmişə rusiyayönlü olub, çünki tarixi Rusiya əraziləridir. Türkiyə yaxşı bilir ki, bütün Qara dəniz bölgəsi Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Heç bir əlaqəsi yoxdur. Nə Krım, nə də ümumilikdə bütün Qara dəniz regionu. Odessa ümumiyyətlə Rusiya şəhəridir. Biz bu haqda bilirik. Bunu hamı yaxşı bilir. Amma onlar hər cür tarixi cəfəngiyyatlarla çıxış edirlər”, - Rusiya lideri bildirib.

Eyni zamanda o, SSRİ yaranarkən Vladimir Leninin “bütün Ukraynanı təhvil verməsi”nə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər