15 Dekabr 2023 08:15
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Rusiya, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Tokionun Rusiya Federasiyasının məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə inandığı xarici şirkətlərə qarşı sanksiyalar BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə qarşı tətbiq edilib.

İxrac məhdudiyyətləri bir sıra sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələrini əhatə edir.

Eyni zamanda yanvarın 1-dən Rusiyadan qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. Aşkar ediləcəyi təqdirdə aktivləri dondurulacaq şəxslər və təşkilatların siyahısı hələ açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər