Rusiyanı məğlub etmək olmur, bu, artıq hamıya məlumdur, ona görə də Ukraynadakı vəziyyətin həllini tapmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Ukraynadakı vəziyyətə nəzər salsanız, aydın olur ki, Rusiya müharibədə uduzmayacaq. Mənə elə gəlir ki, bu, artıq hamıya məlumdur. Mən bu və ya digər tərəfin marağından, narahatlığından yox, faktlardan danışıram”, - Serbiya lideri bildirib.
Vuçiçə görə, indi Rusiyanın məğlubiyyəti mümkün deyil, çünki ehtiraslar o qədər qızışıb ki, ən kiçik kompromis “xəyanət və milli maraqlardan güzəşt” kimi qiymətləndiriləcək.
Serbiya prezidentinin sözlərinə görə, Ukraynada müharibənin uzunmüddətli olmasının səbəbi budur: heç kim təkliflə çıxış edə bilməz.