16 Dekabr 2023 22:24
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı müharibə əbədi davam edə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın “The Times” nəşrinin analitiki Metyu Parris deyib.

Onun sözlərinə görə, müharibəyə mümkün qədər tez son qoymaq üçün Qərb sülh danışıqlarını dəstəkləməyə borcludur:

“Artıq Ukraynada çıxılmaz vəziyyət yaranır. Bu qəbul edildikdən sonra danışıqlar aparılmalıdır”.

Bununla yanaşı, Parris bildirib ki, Qərb güzəştə getsə belə, Ukraynanı dəstəkləməyə davam etməlidir. Onun fikrincə, Ukrayna mümkün qədər silahlandırılmalıdır ki, danışıqlara bir o qədər güclü gedə bilsin.

Britaniyalı analitik əlavə edib ki, sülh sazişi olacağı təqdirdə Moskva ruslara müharibənin əbəs olmadığını, Kiyev isə ukraynalılara bu müqavilənin daimi sülh və təhlükəsizlik gətirəcəyini söyləməyi bacarmalıdır.

Parris onu da qeyd edib ki, qeyri-müəyyən müddətə davamlı münaqişə çağırışlarına qarşıdır:

“Rusiya bunu ümumi səfərbərlik olmadan da edə bilər. Ukrayna edə bilərmi? Düşməni məğlub etmək üçün Ukrayna Rusiya ərazisinə doğru irəliləməlidir. Təkcə müdafiə, hətta güclü müdafiə kifayət deyil. Bununla belə, Moskvaya qarşı kampaniyanın presedentləri o qədər də yaxşı deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər