19 Dekabr 2023 00:39
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dekabrda Ukraynaya növbəti hərbi yardım paketi vermək niyyətindədir. Bununla belə, bu, sonuncu ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“ABŞ hələ də bu ayın sonunda Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır. Lakin bu, Konqres əlavə vəsait ayırmağa qərar verənə qədər sonuncu ola bilər”, - deyə o bildirib.

Kirbi qeyd edib ki, bundan sonra Ağ Ev artıq tədarükləri artırmaq səlahiyyətinə malik olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər