Gürcüstan iki il ərzində Tiflis səmasını zenit müdafiə sistemləri ilə qoruyacaq, həmçinin pilotsuz təyyarələrlə silahlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan müdafiə naziri Xuanşer Burçuladze deyib.
“Tiflisin səma xəttinin hər üç eşelonunun tam müdafiəsini təmin edəcəyik. O cümlədən strateji obyektlərin, hava limanlarının, hərbi bazaların və sair”, - nazir bildirib.
Burçuladzenin sözlərinə görə, Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasında Avropa Birliyinin xüsusi rolu var.
O əlavə edib ki, gürcü ordusu Gürcüstan istehsalı avtomatlar və zenit silahları alacaq.