20 Dekabr 2023 11:53
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı seçkilər zamanı Vladimir Zelenski özünü rusdilli göstərmişdi və ölkənin ikidilliliyini müdafiə etmişdi, amma indi ukraynalı millətçilərlə eyni sırada olmaq üçün rus dilini “unudub”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu, millətçiliyin hər şeyi - əxlaqı, mənəviyyatı, hətta praqmatikanı əvəz etdiyi insanlar üçün nəzərdə tutulub. İnsanın gözlərini kor etmək kimi bir şey var, hər şey kölgədə qalır. Millətçilik hər şeyi alt-üst edib - bu ifadə belə adamlar üçün nəzərdə tutulub. Heyvan, mağara adamı, aşılanmış instinkt səviyyəsində millətçilik... Onilliklər ərzində Ukrayna vətəndaşlarının şüuruna daxil edilib”, - Zaxarova bildirib.

Rusiya rəsmisi qeyd edib ki, Zelenski hakimiyyətə gəlişi zamanı özünü ölkənin birləşdiricisi kimi göstərib və rusdilli regionların sakinlərinin öz dillərində danışa biləcəyini söyləyib.

Dünən mətbuat konfransında Türkiyənin “Anadolu” agentliyinin jurnalisti Zelenskiyə rus dilində sual verib. Ukrayna lideri bundan sonra tərcüməçi tələb edib.

“Həyat o qədər dəyişib ki, indi mənə rus dilindən tərcüməçi lazımdır”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər