Moskvanın Basman Məhkəməsi “Geofizika-Kosmos” elmi-istehsalat müəssisəsinin rəhbəri Yevgeni Fomiçev həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O, 2024-cü il fevralın 21-dək iki ay müddətinə həbs edilib.
Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur.
İstintaqın məlumatına görə, Fomiçev və onun əlaltıları Ərazi İnkişaf Fondunun rəhbərliyinin etibarından sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər. İşin digər təfərrüatları açıqlanmayıb.