Rusiyada haqqında deportasiya qərarı çıxarılmış əcnəbilərin xüsusi məntəqələrdə saxlanmasının müddəti müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq qanun bu gün Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Yeni qanuna görə, haqqında ölkədən çıxarılma qərarı verilən xarici vətəndaşların xüsusi müəssisələrdə saxlanması üçün müddət 90 gündən çox olmayaraq müəyyən edilib. Bu müddət məhkəmə qərarı ilə daha 90 gün uzadıla bilər.
Qeyd edək ki, haqqında Rusiya Federasiyası ərazisindən çıxarılma və deportasiya qərarı verilən əcnəbi vətəndaşlar müvəqqəti olaraq polis nəzarətində olan xüsusi saxlanma məntəqələrinə yerləşdirilir. Həmin əcnəbilərin özləri aviabilet aldığı təqdirdə ölkələrinə göndərilməsi tez zamanda reallaşır. Əks-təqdirdə həmin xarici vətəndaşların aylarla, çox uzun müddətdə həmin saxlanma məntəqələrində qaldıqları bildirilib.