İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Razi Musəvi İsrailin zərbələri nəticəsində Suriyada ölüb.
Teleqraf.com xəbər verir ki, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb.
Qeyd edək ki, Suriya paytaxtı ətrafındakı Seyidə Zeynəb bölgəsində partlayış baş verib.