Rusiya ordusu gecə saatlarında Ukrayna ərazilərinə PUA-larla zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Gecə saatlarında Rusiya “Şahid” tipli 46 PUA-dan (İran istehsalı) istifadə etməklə növbəti dəfə Ukraynaya hücum edib. 32 hücum dronu hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
PUA-lar Nikolayev, Odessa, Xerson, Dnepropetrovsk, Vinnitsa, Zaporoje, Xmelnitski və Kirovoqrad vilayətlərinə atılıb.