Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-nin keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaq cəhdini rədd edib.
Teleqraf.com xəbər verir ki, həmin düzəliş dövlətə qarşı üsyan və ya üsyanda iştirak edən keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir.
Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə prosesi sentyabrda bir qrup seçici adından “Free Speech For People” hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb. Qurumun Minnesota ştatında da oxşar qərara etiraz etmək cəhdi uğursuz olub.