22 Yanvar 2015 00:41
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə prezident Mənsur Hadi və “Ənsar Allah” hərəkatı arasında razılaşma əldə edilib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı adından yayımlanan bəyanatda deyilir.

Sənədə əsasən, ölkənin yeni Konstitusiya layihəsinə dəyişikliklər ediləcək. Həmçinin husilərin nümayəndələri dövlət vəzifələrində yer alacaq.

Danışıqlar üsyançıların nəzarət altına götürdükləri prezident iqamətgahında baş tutub. Qərar isə “Ənsar Allah” hərəkatının tələblərinə uyğun olaraq verilib


Müəllif:

Oxşar xəbərlər