Belarus Prezidenti Aleksandr Lukaşenko evini və vətənində sülhü itirmiş hər kəs üçün ölkəsinin açıq olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident “Bizim uşaqlarımız” kampaniyası çərçivəsində xeyriyyə tədbirində çıxışı zamanı deyib.
Lukaşenko vurğulayıb ki, Belarusda “özgənin uşağı” anlayışı yoxdur. O, uşaqların hamısının onlara yaxın, doğma olduğunu qeyd edib.
“Belarus öz ölkəsində evini və əmin-amanlığını itirmiş hər kəs üçün açıq olub və olacaq. Minsk müharibənin “uşaqlıqlarını oğurlamağa çalışdığı uşaqlara yardım edib və edəcək”, - deyə dövlət başçısı əlavə edib.