İsrailin keçmiş baş naziri Naftali Bennett 2022-ci ildə təhlükəsizlik qüvvələrinə İrana iki dəfə zərbə endirməyi əmr etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onun nəzarəti altında ilk dəfə 2022-ci ilin fevralında İrana zərbə endirilib.
Tehrandan İsrailə iki uğursuz PUA hücumuna cavab olaraq Bennett İran ərazisindəki dron bazasına zərbə endirməyə icazə verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinə Tehrana qarşı hərəkətə keçmək üçün ikinci dəfə həmin ilin martında icazə verib. İranın Türkiyədə israilli turistləri öldürmək cəhdindən sonra Bennet onun bu plandan məsul bölməyə nəzarət etdiyini söylədiyi komandir Həsən Səyyad Xudayini öldürməyə əmr edib.
Sabiq baş nazir bundan əvvəl İsrailin Xudayinin öldürülməsinə görə məsuliyyət daşıdığına eyham vursa da, bunu etiraf etməkdən çəkinmişdi.