31 Dekabr 2023 11:49
5 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Avropada Ukraynanın əsas dəstəkçilərindən olan Fransaya təzyiqlərini artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

“Rusiya Ukraynaya qarşı müharibədə aktivlik göstərən Qərbi Avropada gizli təbliğat cəbhəsinə çevrilmiş Fransanın Kiyevə dəstəyinin önünü kəsmək üçün səylərini artırır ”, - ABŞ nəşri bildirir.

VP-nin Avropanın təhlükəsizlik xidmətlərinə istinadla əldə etdiyi məlumatda Rusiya Prezidenti Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkoya işarə edilir. İddiaya görə, o, Kremlin siyasi texnoloqlarına Fransada siyasi ixtilafı təbliğ etməyi tapşırıb. Əsas alət kimi fransızdilli sosial şəbəkələr, eləcə də bu ölkənin siyasi xadimləri, ictimai rəy liderləri və fəalları seçilib.

“Moskvanın məqsədi Ukraynaya dəstəyi sarsıtmaq və NATO-nun qətiyyətini zəiflətməkdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Kreml Rusiyaya qarşı sanksiyaların Fransa iqtisadiyyatına vurduğu zərər və bununla bağlı ticarət həcminin azalması ilə bağlı tezislərini gücləndirməyə çalışır. Tezisdə fransızların son illərin ən dərin sosial-iqtisadi böhranı ilə üzləşdikləri bildirilir.

Məlumatda digər tezislərlə yanaşı vurğulanır ki, Ukraynaya silah tədarükü Fransanı özünümüdafiə üçün silahsız qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər