31 Dekabr 2023 12:25
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun son sutka ərzində Suriyanın şərqinə endirdiyi zərbələr nəticəsində İrana bağlı terrrorçu qruplaşmaların 23 üzvü ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

İraq sərhədi yaxınlığında ən azı 9 hava hücumu nəticəsində 4-ü “Hizbullah” terror təşkilatından 5 suriyalı, 6 iraqlı və 8 iranlı həyatını itirib.

Məlumata görə, hava hücumu zamanı Deyr əz-Zor əyalətinin Əbu-Kamal şəhəri və ətrafdakı hərbi mövqelər hədəfə alınıb, əlavə edilib ki, İraqdan silah daşıyan yük maşını və sursat anbarı da vurulub.

İsrail Suriyanı hədəfə alan zərbələri nadir hallarda şərh edir, amma Bəşər Əsəd rejimini dəstəkləyən İranın Suriyadakı mövcudluğunu genişləndirməsinə imkan verməyəcəyini dəfələrlə bildirib.

Qrup həmçinin Hələbin beynəlxalq hava limanına endirilən zərbələr nəticəsində 4 əcnəbi döyüşçünün öldürüldüyünü iddia edir. Bu hücum da İsraillə əlaqələndirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər