Serbiyada inqilab mümkün deyil, çünki ölkə vətəndaşları seçkilərdə hakim koalisiyaya dəstəklərini ifadə ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Hakimiyyətin ələ keçirilməsi və ya hər hansı bir inqilab olmayacaq”, - ölkə lideri bildirib.
Vuçiçin sözlərinə görə, ölkə vətəndaşları kimi dəstəklədiklərini kifayət qədər açıq ifadə ediblər. Onun fikrincə, ən əsası da budur.
Serbiyada hakimiyyət əleyhinə aksiyalar keçirilir. Vuçiç hökuməti ictimai-siyasi gərginliyə görə Qərbi ittiham edir, bunu “rəngli inqilab” cəhdi adlandırır.