Ukrayna 2024-cü ilin birinci yarısında Rusiya ilə müharibədə uduzmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı keçmiş səfiri İvo Daalder deyib.
"Donald Tramp ayın sonunda Respublikaçılar Partiyasının namizədi kimi prezidentliyə namizədliyini təsdiqləsə, Ukrayna üçün çətin günlər başlayacaq. Kiyevə yardım da dayandırıla bilər. Avropanın isə silah çatışmazlığını aradan qaldırmaq üçün nə ehtiyatı, nə də istehsal gücü var. Ukrayna bu cür çatışmazlığın açıq şəkildə cəzasını çəkəcək. Çünki onun min kilometrlik cəbhə xəttini saxlamaq və raket hücumlarından müdafiə olunmaq üçün Amerikanın davamlı dəstəyinə ehtiyacı var.
Ukrayna ordusu iyunun 4-də Yujnodonetsk, Artemovsk və Zaporojye istiqamətlərində əks-hücum əməliyyatına başladı. Döyüş briqadaları təlim keçirdi. Xarici texnika ilə silahlandı. Amma rus qoşunlarının taktiki müdafiəsinə belə qalib gələ bilmədilər. Ciddi itkilər verdilər", - deyə Daalder bildirib.