3 Yanvar 00:14
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Fələstinin "HƏMAS" qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsi üçün səylərini davam etdirir.

Teleqraf.com-un məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Səylər davam edir, əlaqələr saxlanılır və kəsilmir. HƏMAS əvvəllər ultimatum versə də, indi vəziyyət bir qədər yüngülləşib", - deyə baş nazir bildirib.

O, hazırda bu məsələ ilə bağlı fəal təmasların aparıldığını da vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər