Şimali Koreya Silahlı Qüvvələri ölkənin qərb sahillərində yenidən artilleriya təlimləri keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Sarı dənizdə yerləşən Yeonpyeonqdo adasının şimalında artilleriya atışları həyata keçirilir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60 mərmi atmışdı.