10 Yanvar 16:55
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna-Polşa sərhədinə çatmaq istəyir, Donetsk və Luqansk vilayətləri onun üçün o qədər də maraqlı deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri Yevgeni Dikiy deyib.

Onun fikrincə, Rusiya Ukraynada təkcə Transkarpat bölgəsini tutmaq iddiasında deyil:

“Rusiyaya Donetsk və Luqansk vilayətlərinin sərhədi lazım deyil, onun hədəfi Ukrayna-Polşa sərhədinə çatmaqdır. Bütün ərazilərimizdən, bəlkə də, iddia edilməyən yeganə bölgə Transkarpatdır”.

Dikiyin iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin bu ərazini Macarıstan Baş naziri Viktor Orbana verəcəyinə söz verib:

“Putinin Orbana belə vəd verdiyinə inanmaq üçün müəyyən səbəblər var”.

Zabit xatırladıb ki, müharibənin ikinci günü Macarıstan ordusu Ukrayna sərhədində döyüşə hazır vəziyyətdə dayanıb. Macarıstan bundan sonra qərarını onunla əsaslandırıb ki, qaçqınları qəbul etməyə hazırlaşır.

Dikiy hazırda sülhlə bağlı kompromisin mümkün olmayacağını iddia edir. Zabit xatırladıb ki, Rusiya ələ keçirdiyi əraziləri ilhaq edir, qaytarmaq fikrində deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər