12 Yanvar 12:42
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Cənubi Koreya, Böyük Britaniya, ABŞ və Kanada hökumətləri insanların həyatını və ticarətin sərbəst axınını qorumaqdan çəkinməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə həmin ölkələrin Yəmənin “Ənsarallah” qruplaşmasının (Husilər) Qırmızı dənizdə hücumlarının qarşısının alınması ilə bağlı birgə bəyanatında deyilir.

“Məqsədimiz gərginliyin azaldılması və Qırmızı dənizdə sabitliyin bərpası olaraq qalır”, - bəyanatda bildirilir.

Sənəddə qeyd edilir ki, 44 ölkə və BMT Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumlarını pisləyib.

Sənəddə vurğulanır ki, əvvəlki sərt mesaj və xəbərdarlıqlara baxmayaraq, Qırmızı dənizdə hücumlar davam edib. Ölkələr Qırmızı dənizdə ticarət yollarını qorumağa davam edəcəklərinə də diqqət çəkirlər.

Gəmilərə davamlı hücumlara cavab olaraq, ABŞ və Böyük Britaniya silahlı qüvvələri Hollandiya, Kanada, Bəhreyn və Avstraliyanın dəstəyi ilə husilərin Yəməndəki mövqelərinə zərbələr endirməyə başlayıb. Bəyanatda bunun özünümüdafiə hüququna və BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirildiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər