12 Yanvar 15:52
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova Moskva meriyasına bağlı “Medtech.Mocsow” kanalına danışıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 16-da baş tutan, amma Yutuba yeni yüklənən müsahibə bütün dünya mediasının diqqətini çəkib.

Rusiya liderinin illərdir gözdən kənarda qalan 38 yaşlı qızı Vorontsova ilk dəfə öz həyatı ilə bağlı təfərrüatlı müsahibə verib.

Həyatı haqda detallı məlumatlar olmayan Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan iki qızından biridir.

1985-ci il təvəllüdlü Vorontsova uşaq endokrinoloqu və holland iş adamı Yorrit Yost Faassenlə evlidir.

Müsahibədə qlobal tibbi inkişafdan danışan Mariya Rusiyanın insan mərkəzli bir ölkə olduğunu deyib: “Rusiya insan mərkəzli ölkədir, biz insan mərkəzli cəmiyyətik. Bizim üçün ən yüksək dəyər həmişə insan həyatı olub”.

Vorontsovanın sözləri sosial şəbəkələrdə əks-səda doğurarkən, ona Çeçenistan, Suriya və Ukraynanı xatırladılıb.

42 dəqiqəlik müsahibə zamanı Putinin atası və ya onunla münasibətindən bəhs etməyən Vorontsova hobbilərindən və boş vaxtlarını necə keçirməsindən danışıb. Sörfinq və xizək sürməyi çox sevdiyini bildirən Putinin qızı idman həvəskarı olduğunu söyləyib.

“Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir: rəsmlər, muzeylər, teatrlar, musiqi”, - Mariya qeyd edib.

Müsahibənin aparıcısı və “Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulenin gənc qadına atası ilə bağlı heç bir sual verməyib.

Mariya Vorontsova və bacısı Katerina Tixonova atalarının Ukraynaya elan etdiyi müharibəyə görə ABŞ və Avropanın sanksiyalarına məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər