ABŞ Yəməndəki husi hədəflərinə endirdiyi zərbələrlə kifayətlənməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“İndi Yəmən yenidən bölgədə düşmənçilik ocağına çevrilib. Müharibə Qırmızı dənizə və Ədən körfəzinə yayılır. Eyni zamanda, Vaşinqton açıq şəkildə bununla dayanmaq niyyətində deyil. ABŞ və Britaniya husi üsyançılarının hədəflərinə zərbələr endirib. Yəməndə silahlı təcavüz və BMT Nizamnaməsi kobud şəkildə pozulur. Vəziyyət çox aydındır. Qondarma koalisiyanın hərəkətləri BMT Nizamnaməsinin 2-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Bu, əziyyət çəkən yaxın Şərqə reydlərinin uzun siyahısında kollektiv Qərbin növbəti hərbi təcavüzüdür”, - Nebenzya bildirib.