ABŞ prezidenti Co Bayden tərəfindən 2023-cü ilin oktyabrında Qəzza zolağında və bütün Yaxın Şərq üzrə humanitar məsələlər üzrə xüsusi elçi təyin edilən diplomat Devid Satterfild yaxın həftələrdə vəzifəsini tərk etməyi planlaşdırır.
Teleqraf.com-un məlumatına görə, bu barədə "HuffPost" onlayn nəşri məlumat yayıb.
Məlumata görə, onun istefasının dəqiq tarixi və səbəbləri açıqlanmayıb.
D.Satterfild Qəzza zolağındakı humanitar böhrana tez cavab vermək üçün ABŞ-ın diplomatik səylərinə rəhbərlik edir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.