Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/KCK terror təşkilatı üzvü Həsən Seburi zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik mənbələrindən bildiriblər.
“Redur Baz” kod adlı silahlı Süleymaniyyə rayonunda zərərsizləşdirilib.
Bildirilib ki, terrorçu Türkiyə ilə bağlı kəşfiyyat məlumatları toplayır və müşahidə aparırmış. O, əvvəllər bunun üçün xüsusi təlim keçib.
H.Seburi qruplaşmaya keçən il İranda qoşulub.