Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri yaxın gələcəkdə baş tuta bilər, tarixlər diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
“Vladimir Putinin Pxenyana rəsmi səfəri üçün etibarlı dəvəti var. Ümid edirik ki, belə bir səfər baş tutacaq, Rusiya prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək. Səfərin vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Şimali Koreya ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir.
Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfəri zamanı Putini ölkəsinə dəvət edib.