16 Yanvar 22:13
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada Yaşıllar Partiyasından olan deputat Qolriz Qəhrəmanın Oklend və Vellinqtondakı mağazalardan üç dəfə oğurluq etdiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, siyasətçi baş verənlərə görə üzr istəyib.

Özünü müdafiə edən deputat deyib ki, işi ilə bağlı yaranan stress onu xarakterdən kənar hərəkətlərə sürükləyib.

“İnsanları məyus etdim, üzgünəm”, - Qolriz Qəhrəman bildirib.

O, Oklenddəki dəbdəbəli butikdən çanta oğurlaması ilə bağlı videokamera görüntüləri üzə çıxdıqdan sonra məsuliyyəti öz üzərinə götürüb və istefa verib.

“Bu, məntiqli olmadığı üçün izah edə biləcəyim bir davranış deyil. Tibbi müayinədən sonra vəziyyətimin yaxşı olmadığını anladım. Həkimim söylədi ki, son davranışlarım həddindən artıq stressdən qaynaqlanır və əvvəllər bəlli olmayan travma ilə bağlıdır”, - Qəhrəman vurğulayıb.

Siyasətçinin 42 yaşı var, İranda doğulub. Ailəsi ilə birlikdə İrandan gələrək Yeni Zelandiyaya sığınan BMT-nin keçmiş insan haqları üzrə vəkili Qəhrəman 2017-ci ildə and içərək Yeni Zelandiya hökumətində vəzifəyə başlayan ilk miqrant deputat olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər