16 Yanvar 23:06
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbçiləri Livanda Hizbullah təşkilatının silahlı birləşmələrinin istifadə etdiyi onlarla obyektə irimiqyaslı zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Livanın Vadi Saluki bölgəsində Hizbullah terror təşkilatının bir sıra hədəflərinə qarşı birgə hava və artilleriya zərbələrini tamamlayıb. Qısa müddət ərzində Hizbullahın onlarla mövqeyi, hərbi strukturları və silah infrastrukturu vuruldu”, - deyə mətbuat xidmətindən bildirilib.

İsrail ordusunun məlumatına görə, silahlı Hizbullah birləşmələri Livanın cənubundakı bu ərazidən terrorçuluq fəaliyyəti üçün istifadə edir. “Terror təşkilatı tərəfindən İsrailin mülki əhalisinə və hərbçilərinə hücum etmək məqsədilə meşəlik ərazidə çoxlu sayda texniki avadanlıq və infrastruktur obyektləri gizlədilib”, - deyə ordunun mətbuat xidməti əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər