20 Yanvar 13:53
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Müharibə Kabinetinin naziri Qadi Ayzenxot Baş nazir Benyamin Netanyahunun Qəzzada HƏMAS üzərində tam qələbə iddiasının real olmadığını deyir.

Teleqraf.com xəbər verir ki, o, müharibənin məqsədlərinə hələ çatmadığını, Qəzzadakı hərbi qüvvələrin sayının məhdud olduğunu bildirib.

“Kim mütləq məğlubiyyətdən (HƏMAS-ın – red.) danışırsa, düz demir. Ona görə də nağıl danışmamalıyıq. Bu gün artıq Qəzza zolağında vəziyyət elədir ki, müharibənin məqsədlərinə hələ də nail olunmayıb”, - Ayzenxot vurğulayıb.

Nazir onu da söyləyib ki, ötən il oktyabrın 11-də İsrail “Hizbullah” terror təşkilatına zərbə endirmək istəyib, amma o və sabiq müdafiə naziri Benni Qantz Müharibə Kabinetini hücumu dayanmağa inandıra bilib:

“Düşünürəm ki, bizim orada olmağımız İsrailin ciddi strateji səhvə yol verməsinin qarşısını aldı”.

Ayzenxotun fikrincə, Livana hücum etmək qərarı verilsəydi, HƏMAS liderlərinin regional müharibə planı reallaşacaqdı:

“Bu, baş versəydi, dərhal Suriya, İraq və İrandakı bütün oxları hərəkətə keçirəcəkdik, dövlət qurulandan bəri bizə ən böyük ziyan vuran HƏMAS-la müharibə arxa plana atılacaqdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər