24 Yanvar 20:38
4 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə xərclərini və şəxsi heyətini artıracağını açıqlayan Almaniyada ordunun sıralarına qoşulmaq istəyənlər üçün hazırlandığı afişalarda almanca ilə yanaşı, türkcə də çağırışlar yer alır.

Teleqraf.com xəbər verir ki, afişalarda namizədlərə türk dilində “Donanmamızın bir parçası ol” çağırışı edilir.

Xüsusilə türklərin cəmləşdiyi bölgələrdə asılan elan və afişalarda müxtəlif peşə qruplarından iş üçün ixtisaslı kadrların müraciət edə biləcəyi bildirilir.

Namizədlərin müraciət üçün ziyarət edilməsinin xahiş olunduğu Alman Silahlı Qüvvələrinin internet saytında ən müxtəlif hərbi peşələr üçün tələblər var.

Almaniya müdafiə naziri Boris Pistorius 2023-cü ilin iyununda COVID-19 pandemiyasından sonra alman ordusuna müraciət edənlərin sayında azalma və ixtisaslı kadr çatışmazlığının olduğunu açıqlamışdı.

​Almaniya Silahlı Qüvvələrinin (Bundesver) şəxsi heyətinin sayının 2031-ci ilə qədər 183 mindən 203 minə qədər artırılması planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər