Cənubi Afrika Respublikasında özünü “peyğəmbər” elan edən şəxs vəftiz zamanı timsahlara yem olub.
Teleqraf.com xəbər verir ki, 48 yaşlı şəxs Apel vilayətində çayda vəftiz edərkən timsahların hücumuna məruz qalıb.
Polis sözçüsü Malesela Ledvaba bildirib ki, axtarışlar nəticəsində timsahlar arasında “peyğəmbər”ə aid olduğu güman edilən bədən hissələri tapılıb.
Polis din adamları və yerli sakinlərə xəbərdarlıq edib ki, çay, dərə və bəndlərdə dini mərasimlər keçirməsinlər.
Hər il Afrikada yüzlərlə insan yaşayış məntəqələrinə hücum edən vəhşi heyvanların qurbanı olur.