27 Yanvar 19:26
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qırğızıstan və Çin sərhədində 5,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla saat 15.03-də 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Daha əvvəl 6.37-də eyni ərazidə 4.5 bal gücündə daha bir zəlzələ baş verib.

Zəlzələlərin episentri Çində - əvvəllər 7 bal gücündə güclü zəlzələnin baş verdiyi yerdə olub.

Qeyd edək ki, yanvarın 23-də Çin dağlarında güclü zəlzələ baş verib, onun fəsadları Rusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda hiss olunub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər