28 Yanvar 13:42
2 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə yüksək rütbəli amerikalı diplomat Vaşinqtonun Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqların ABŞ-də aparılmasında maraqlı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Yanvarın 22-də Dövlət Departamentinin sözçüsünün köməkçisi Vedant Patel belə bir ssenarini istisna etməyib. Bundan bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayn da oxşar fikirləri söyləmişdi. Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken Bakı və İrəvandan olan həmkarlarını Vaşinqtonda görməkdən şad olardı.

2023-cü ilin sonunda ABŞ-nin açıq-aşkar Ermənistan-Azərbaycan danışıqları yoluna qədəm qoyduğu görünməyə başladı. 2024-cü ildə itirdikləri mövqelərini bərpa etməyə çalışacaqlar, prosesdə əsas moderator olmaq istəyirlər. İki ölkə arasında demarkasiya və delimitasiya ilə bağlı növbəti görüş yanvarın sonunda keçirilməlidir", - ekspert bildirib.

Markedonovun fikrincə, Vaşinqton bununla dünyaya regiondan çıxmağın prioritet olmadığını və əllərinin hələ də nəbzlerdə olduğunu göstərmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər