Rusiya ordusu Ukraynanın Avdiv şəhərinin ərazisində irəliləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Mənbə rus qoşunlarının Stepovoydan şimala (Avdivin şimal-qərbi) və Pervomayskdan cənub-şərqə (Avdivin cənub-qərbi) doğru irəlilədiyini bildirir.
Döyüşlər əsasən Avdivin şimal-qərbində Oçeretnı, Novobaxmutivka və Stepovoyda, şəhər mərkəzinin yaxınlığında və Tonenko rayonunda (Avdivin qərbi) gedir.
Avdivin cənub-qərbi Severnoy, Persxotravnevo və Nevelski kəndləri də qızğın döyüşlərin episentrindədir.
Rusiya mənbələri Avdivin cənubunda bəzi mövqeləri ələ keçirdiklərini iddia edirlər.