29 Yanvar 14:55
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada münaqişəni dayandırmaq və III Dünya müharibəsinin qarşısını almaq geosiyasi, maliyyə baxımdan mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Çox çətin andayıq. Bu müharibədə Rusiyanı dayandırmaq həm geosiyasi, həm də maliyyə baxımından mümkündür. Ukraynanın dağılması, xalqımızın məhvi, qlobal köç və III Dünya müharibəsinin qarşısını almaq üçün bizə kömək lazımdır. Ukrayna ABŞ və Avropa Birliyi ölkələrinin hərbi dəstəyindən çox asılıdır. Bəzən kənardan Ukraynanın, həm də onların dəyərlərini müdafiə etdiyini söyləmək çox asandır. Ancaq ukraynalılar öz canlarını verirlər. Başqa dövlətlərin yardımı, silah və ya maliyyəni vaxtında vermələri çox vacibdir. Əks halda, bu müharibə başqa ölkələrə də sıçrayacaq", – dövlət başçısı bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər