Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Teleqraf.com xəbər verir ki bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb.
***
Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir postunu, Gürcüstanın indiki Baş naziri İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq.
Gürcüstan mətbuatının məlumatına görə, yanvarın 24-də Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib:
“İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub. Bundan əlavə, Kobaxidze Gürcü Arzusu Partiyasının siyasi katibi postunu da tutacaq”.