30 Yanvar 23:28
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Prezidenti Gitanas Nauseda və respublikanın Böyük Britaniyadakı səfiri Eitvydas Bayarunas səfirliyin vəsaiti hesabına Londonda “The Phantom of the Opera” musiqili tamaşasına gələrək “İctimai və şəxsi maraqların koordinasiyası haqqında” qanunu pozduqları üçün korrupsiyada günahlandırılıblar.

Teleqraf.com xəbər verir ki, məlumatı Litvanın Rəsmi Etika üzrə Baş Komissiyası (GCSE) yayıb.

Komissiya həmçinin Bayarunasın xidməti vəzifələrini qərəzsiz, vicdanla yerinə yetirməyə məcbur edən qanunun müddəalarını pozması barədə də qərar qəbul edib.


Müəllif: Teleqraf.com