İsrailin Stokholmdakı səfirliyinin qarşısında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, səfirliyin əməkdaşları səfirliyin binasının qarşısında şübhəli təhlükəli cisim aşkarlayaraq müvafiq hüquq-mühafizə orqanlarına məlumat verib.
Polis və Partlayıcılardan Mühafizə Milli Agentliyi hadisə yerinə gəlib və artıq zərərsizləşdirilib.
Hazırda ictimaiyyət üçün heç bir təhlükənin olmadığı bildirilib.
İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman "X" hesabında insidentlə bağlı paylaşım edib. Diplomat baş verənləri terror cəhdi kimi qiymətləndirib. O, həmçinin hadisəyə tez reaksiya verdiyinə görə İsveç hakimiyyətinə təşəkkür edib.
"Bizi terror qorxutmayacaq", - deyə səfir qeyd edib.