Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2013-cü ildən bəri ilk dəfə fevralın 14-də Misirə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirəcək danışıqlarında əsas müzakirə mövzusu Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlar olacaq.
Xatırladaq ki, ölkələr ötən ilin iyulunda səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa ediblər.