1 Fevral 08:15
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən bildirib.

Məlumata əsasən, qeyri-rəsmi görüşlər və yüksək səviyyədə müzakirələr Aİ-nin Rusiyaya qarşı yeni tədbirlər paketini rəsmi olaraq Avropa Şurasında müzakirə və səsvermə üçün təqdim etməzdən əvvəl sonuncu addım olacaq.

Təklifdə Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə tədbirlərinin, fiziki və hüquqi şəxslərin sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər